Latviyalı futbolçu: "Hər kəs Azərbaycan millisi ilə oyunda qələbə gözləyir"

Latviyalı futbolçu: "Hər kəs Azərbaycan millisi ilə oyunda qələbə gözləyir" "Hər kəs - futbolçular, məşqçilər və azarkeşlər qarşıdakı iki görüşdən qələbə gözləyir".
Futbol
25 Mart , 2022 13:26
Latviyalı futbolçu: Hər kəs Azərbaycan millisi ilə oyunda qələbə gözləyir

"Hər kəs - futbolçular, məşqçilər və azarkeşlər qarşıdakı iki görüşdən qələbə gözləyir".

"Report"un məlumatına görə, bunu Latviya millisinin futbolçusu Renars Varslavan Küveyt və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

RFS klubunda çıxış edən 21 yaşlı hücumçu əsas məqsədlərinin UEFA Millətlər Liqası matçlarına hazırlaşmaq olduğunu bildirib: "Həmin qarşılaşmalara tam hazır olmaq baxımından bu iki görüş çox vacibdir. Ümid edirəm ki, mənə özümü sübut etmək imkanı veriləcək və ən yaxşı performansımı sərgiləyə biləcəyəm. Fiziki cəhətdən tam hazıram. Sadəcə, bunu sübut etmək üçün fürsət gözləyirəm".

Qeyd edək ki, Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan seçməsi ilə üz-üzə gələcək. Hər iki matç Maltada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi