Latviyalı baş məşqçi: "Azərbaycanla oyunda məqsədimiz qələbə qazanmaqdır"

Latviyalı baş məşqçi: "Azərbaycanla oyunda məqsədimiz qələbə qazanmaqdır" "İstər rəsmi, istərsə də yoldaşlıq oyununda əsas vəzifəmiz qələbə qazanmaqdır".
Futbol
28 Mart , 2022 14:36
Latviyalı baş məşqçi: Azərbaycanla oyunda məqsədimiz qələbə qazanmaqdır

"İstər rəsmi, istərsə də yoldaşlıq oyununda əsas məqsədimiz qələbə qazanmaqdır".

"Report" xəbər verir ki, bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviç Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

41 yaşlı latviyalı mütəxəssis hədəfə addım-addım çatmağa çalışdıqlarını bildirib: "Hücumçular yaxşı mövqelərdə olmalıdırlar ki, qol şansları yaransın. Böyük potensiala malik olduğumuz standart vəziyyətlərdən də istifadə etməliyik. Ancaq Küveytlə ilk görüşdə buna nail olmamışıq, hətta yaxınlaşmamışıq".

Kazakeviç Azərbaycan yığması ilə görüşdə ideal “11-liy”ə güvənəcəyini sözlərinə əlavə edib: "Bu qarşılaşmada ən yaxşı futbolçulardan istifadə edəcəyik. İki görüş arasında üç günün olması bərpaya kömək edir. Debütantlar da yaxşı təəssürat yaratdılar. Onların komandaya cəlb olunması bizə müsbət təkan verdi. Sabahkı matçda da debütlər mümkündür. Məşqdə gördüklərimə əsasən deyə bilərəm ki, bu uşaqları çağırdığım üçün peşman deyiləm. Onlar bizə daxili rəqabət təmin edirlər".

Qeyd edək ki, martın 29-da oynanılacaq Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi