"Latsio" yeni baş məşqçisini açıqladı

"Latsio" yeni baş məşqçisini açıqladı İtaliyanın "Latsio" komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
9 İyun , 2021 15:47
Latsio yeni baş məşqçisini açıqladı
Mauritsio Sarri

İtaliyanın "Latsio" komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Roma təmsilçisi Mauritsio Sarriyə həvalə olunub.

A Seriyasında çıxış edən klub mütəxəssisin adını açıqlamasa da, tvitterdəki siqaret paylaşımı ilə bunun Sarri olduğuna işarə vurub.

Qeyd edək ki, son iş yeri "Yuventus" olan 62 yaşlı mütəxəssis bu vəzifədə Simone İnzagini əvəzləyib.

Son xəbərlər

Orphus sistemi