"Latsio" "Udineze" oyunu güclü yağış səbəbindən təxirə salınıb

"Latsio" "Udineze" oyunu güclü yağış səbəbindən təxirə salınıb Matçın yeni vaxtı sonra məlum olacaq
Futbol
5 Noyabr , 2017 20:38
Latsio  Udineze oyunu güclü yağış səbəbindən təxirə salınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ İtaliya çempionatında "Latsio" və "Udineze" arasında keçirilməli olan oyun güclü yağış səbəbindən təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə "Latsio"nun mətbuat xidməti məlumat yayıb.

Romada keçirilməli olan matç Bakı vaxtı ilə 18:00-da başlamalı idi. Lakin güclü yağış səbəbindən yubadılıb, sonra isə təxirə salınması barədə qərar qəbul olunub. Matçın yeni vaxtı sonra məlum olacaq.

"Latsio" turnir cədvəlində 28 xal ilə 4-cü, "Udineze" isə 12 xalla 13-cüdür.

Son xəbərlər

Orphus sistemi