"Latsio"nun baş məşqçisi ailəsi ilə birlikdə koronavirusa yoluxdu

"Latsio"nun baş məşqçisi ailəsi ilə birlikdə koronavirusa yoluxdu Lukaryello özlərini yaxşı hiss etdiklərini yazıb
Futbol
8 Aprel , 2021 09:52
Latsionun baş məşqçisi ailəsi ilə birlikdə koronavirusa yoluxdu
Simone İnzagi

İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Qayya Lukaryello instaqram hesabından məlumat verib.

O, bütün ailə üzvlərinin testinin müsbət çıxdığını bildirib. Lukaryello özlərini yaxşı hiss etdiklərini və təcrid olunduqlarını yazıb.

Qeyd edək ki, "Latsio" İtaliya A Seriyasında 52 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi