"Laçi"nin baş məşqçisi: "Keşlə" ilə matçda futbolçuları cəsarətləndirdim"

"Laçi"nin baş məşqçisi: "Keşlə" ilə matçda futbolçuları cəsarətləndirdim" "Təsnifat mərhələsində mərhələ adlamaq yaxşıdır. Lakin bu dəfə daha xüsusi idi. Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardıq, seçim imkanımız azaldı. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük".
Futbol
356
31 Avqust , 2020 09:56
Laçinin baş məşqçisi: Keşlə ilə matçda futbolçuları cəsarətləndirdim
Armando Kunqu

"Təsnifat mərhələsini adlamaq yaxşı haldır. Lakin bu dəfə xüsusi alındı. Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardıq, seçim imkanımız azaldı. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük". 

"Report" "Panorama" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu "Keşlə"ni məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsi matçı barədə danışarkən deyib. 

47 yaşlı mütəxəssis bildirib ki, həmin qarşılaşmada futbolçularına inanıb: "Möhkəm, kompakt komandayıq. Bunu çempionatda göstərmişik. Futbolçulara qol buraxmadan oyunu 91-ci dəqiqəyə qədər gətirmələri üçün cəsarətləndirdim. Standart vəziyyətlərdə ehtiyatlı olmağı söylədim. Sonra isə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, sağlam olmalı və parçalanmamalısınız. Onlara "Qəhraman olmaq üçün həmin gecə gəldi" söylədim". 

Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4. 

Orphus sistemi