La Liqa təmsilçisi baş məşqçi ilə bağlı qərarını açıqladı

La Liqa təmsilçisi baş məşqçi ilə bağlı qərarını açıqladı İspaniya La Liqasında çıxış edən Selta komandası baş məşqçisi Oskar Qarsiya ilə bağlı qərarını açıqlayıb.
Futbol
26 İyun , 2020 17:33
La Liqa təmsilçisi baş məşqçi ilə bağlı qərarını açıqladı

İspaniya La Liqasında çıxış edən "Selta" komandası baş məşqçisi Oskar Qarsiya ilə bağlı qərarını açıqlayıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı ispan mütəxəssis daha iki mövsüm komandaya rəhbərlik edəcək. Qarsiya ilə yanaşı onun köməkçiləri də "Selta"da qalacaq. 

Qeyd edək ki, Oskar Qarsiya 2019-cu ilin noyabrından "Selta"nın baş məşqçisidir. Komanda La Liqada 31 turdan sonra 33 xalla 16-cı pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi