La Liqa: “Real Madrid” “Selta” üzərində inamlı qələbə qazanıb

Futbol
  • 22 aprel, 2023
  • 21:42
La Liqa: “Real Madrid” “Selta” üzərində inamlı qələbə qazanıb

İspaniya çempionatının 30-cu turunun növbəti oyununda “Real Madrid” “Selta”dan güclü olub.

“Report” xəbər verir ki, paytaxt Madriddə “Santyaqo Bernabeu” stadionunda 60 386 tamaşaçının iştirakı ilə keçirilən görüş Karlo Ançelottinin yetirmələrinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Kral klubu hər hissədə bir dəfə fərqlənib. 42-ci dəqiqədə Vinisius Juniorun ötürməsindən Marko Asensio fərqlənib. 48-ci dəqiqədə yekun hesabı Militao qoyub.

Bu oyundan sonra İspaniyanın hazırkı çempionu 65 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci yerdə möhkəmlənib

36 xalla “Selta” ölkə çempionatının cədvəlində 12-ci pilləni qoruyub.

Növbəti matçda “Real Madrid” səfərdə “Jirona” ilə, “Selta Viqo” isə doğma meydanda “Elçe”ni qəbul edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti