La Liqa prezidenti oyunların mümkün tarixini açıqladı

La Liqa prezidenti oyunların mümkün tarixini açıqladı La Liqa prezidenti Xavyer Tebas İspaniya çempionatı matçlarının 2020-ci ilin dekabrına qədər bağlı tribunalar qarşısında keçiriləcəyini istisna etməyib.
Futbol
25 Aprel , 2020 05:46
La Liqa prezidenti oyunların mümkün tarixini açıqladı

La Liqa prezidenti Xavyer Tebas İspaniya çempionatı matçlarının 2020-ci ilin dekabrına qədər bağlı tribunalar qarşısında keçiriləcəyini istisna etməyib.

Bu barədə “Report” “Mundo Deportivo”ya istinadən xəbər verir.

"Çox ehtimaldır ki, ki, biz dekabra qədər bağlı tribunalar qarşısında oynamalı olacağıq. Biz yayımların keçirilməsini, kimlərin stadionlara daxil olmasının mümkünlüyünü qiymətləndirməliyik, çox ehtiyatlı olmalıyıq", - Tebas deyib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılması riskinə görə dünyada kütləvi idman tədbirləri ləğv edilib. 

Daha əvvəl La Liqa prezidenti klubları məşqləri bərpa etməyə çağırıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi