La Liqa klubunun qapıçısı oyun zamanı ciddi xəsarət alıb
Futbol
- 01 aprel, 2025
- 15:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın La Liqa təmsilçisi "Las Palmas"ın qapıçısı Yasper Sillessen oyun zamanı ciddi xəsarət alıb.
"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qolkiper XXIX turda "Selta" ilə görüşdə rəqib hücumçu Borxa İqlesiasla toqquşmadan sonra xəstəxanalıq olub.
Meydandan xərəkdə çıxarılan 35 yaşlı niderlandlı qapıçı deşilmiş bağırsağının korreksiyası üçün əməliyyat olunub. Əməliyyat laparoskopik üsulla həyata keçirilib. Ancaq onun sağalama müddəti ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Y.Sillessen 2024-cü ilin yayında NEK (Niderland) klubundan "Las Palmas"a transfer olunub. O, karyerası ərzində "Barselona", "Valensiya" (hər ikisi İspaniya) və "Ayaks"da (Niderland) da çıxış edib.
Son xəbərlər
10:31
Aİ rəsmisi: "Süni intellekt kiber təhlükəsizlik məsələsini sürətlə dəyişir"
İKT
10:31
Rəşad Həsənov: Azərbaycanda informasiya texnologiyaları sahəsində kadr potensialı gücləndirilir
İKT
10:28
Ronaldu Portuqaliya Futbol Federasiyasından cəzasının yüngülləşdirilməsini istəyib
Futbol
10:28
Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
İnfrastruktur
10:26
Toğrul Əliyev: "Rəqəmsallaşma idarəetmə və nəzarətdə yeni tələblər yaradır"
Maliyyə
10:22
Foto
Müşfiqabadda bağçada nöqsanlar aşkarlanıb
Sağlamlıq
10:22
Foto
ABB Beynəlxalq Risk Forumu keçirdi
Maliyyə
10:22
Kan Kimqu: Orta Dəhliz Cənubi Koreya ilə əməkdaşlıq üçün yeni imkanlar açır
Xarici siyasət
10:20
Kəpəz TV nizamnamə kapitalını 2 dəfə azaldır
Biznes