La Liqa klubunun kapitanı 3 ildən sonra məşqə başladı

La Liqa klubunun kapitanı 3 ildən sonra məşqə başladı Müxtəlif zədələr səbəbindən təxminən 3 il yaşıl meydanlardan kənarda qalan İspaniya Vilyarrealnın kapitanı Bruno Soriano məşqlərə başlayıb.
Futbol
11 May , 2020 14:31
La Liqa klubunun kapitanı 3 ildən sonra məşqə başladı

Müxtəlif zədələr səbəbindən təxminən 3 il yaşıl meydanlardan kənarda qalan İspaniya "Vilyarreal"nın kapitanı Bruno Soriano məşqlərə başlayıb. 

"Report" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi komanda yoldaşları kimi fitnes məşqçisi ilə fərdi qaydada məşq edib. 

Təcrübəli oyunçu heç bir xüsusi məhdudiyyət olmadan komanda ilə birlikdə hazırlığı başa vurub. 

Qeyd edək ki, Bruno Soriano 2017-ci ilin iyulunda zədələnib və əməliyyat olunub. "Vilyarreal"in yetirməsi olan və 2006-cı ildən əsas komandada çıxış edən yarımmüdafiəçi komandada 400-dən çox oyun keçirib. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi