La Liqa klubunda 10 illik müqavilə

La Liqa klubunda 10 illik müqavilə İspaniyanın "Osasuna" komandası futbolçusu Yon Monkayola ilə müqavilənin müddətini uzadıb.
Futbol
8 İyun , 2021 23:41
La Liqa klubunda 10 illik müqavilə

İspaniyanın "Osasuna" komandası futbolçusu Yon Monkayola ilə müqavilənin müddətini uzadıb.

"Report" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 10 illik yeni sözləşmə imzalanıb.

Klub ispaniyalı oyunçuya ilk 2 il üçün 22 milyon, növbəti illər üçün isə 20 milyon avro təzminat qiyməti qoyub.

Qeyd edək ki, 2019-cu ildən "Osasuna"nın əsas komandasında çıxış edən Yon Monkayola 63 oyunda 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi