La Liqa bu tarixə kimi bərpa olunmasa, mövsüm ləğv ediləcək

La Liqa bu tarixə kimi bərpa olunmasa, mövsüm ləğv ediləcək İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.
Futbol
31 Mart , 2020 09:23
La Liqa bu tarixə kimi bərpa olunmasa, mövsüm ləğv ediləcək

İspaniya La Liqasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən təxirə salınmış mövsümün bərpası üçün bir neçə ssenari üzərində işləyir.

“Report” “Marca”ya istinadən xəbər verir ki, çempionatın aprelin sonu, mayın əvvəlində bərpa olunma ehtimalı azdır.

Bildirilib ki, La Liqa 27 iyuna kimi başlamasa, çox güman ki, 2019/2020 mövsümü ləğv ediləcək.

Qeyd edək ki, İspaniya çempionatı martın 12-də koronavirusa görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi