Kvaratsxeliyanın yeni klubu dəqiqləşib

Kvaratsxeliyanın yeni klubu dəqiqləşib Gürcüstan millisinin və "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliyanın İtaliya "Napoli"sinə keçəcəyi dəqiqləşib
Futbol
27 Aprel , 2022 16:18
Kvaratsxeliyanın yeni klubu dəqiqləşib

Gürcüstan millisinin və "Dinamo" (Batumi) klubunun futbolçusu Xviça Kvaratsxeliyanın İtaliya "Napoli"sinə keçəcəyi dəqiqləşib.

"Report" "Radio Kiss Kiss Napoli"yə istinadən xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis 21 yaşlı hücumameylli yarımmüdafiəçini cari mövsümün sonunda transfer edəcəklərini təsdiqləyib.

İddiaya görə, gənc vinger yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. "Napoli" istedadlı oyunçu üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçunun "Napoli"dəki illik məvacibi isə 1,1 milyon avro olacaq.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. X.Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi