Kvaratsxeliya "Yuventus" və "Milan" klublarının maraq dairəsinə düşüb

Kvaratsxeliya "Yuventus" və "Milan" klublarının maraq dairəsinə düşüb O, 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb
Futbol
11 Mart , 2021 19:48
Kvaratsxeliya Yuventus və Milan klublarının maraq dairəsinə düşüb
Xviça Kvaratsxeliya

Gürcüstan millisinin və Rusiya "Rubin"inin futbolçusu Xviça Kvaratsxeliya cari mövsümün sonunda İtaliyaya köçə bilər.

"Report" "Tutto Mercato"ya istinadən xəbər verir ki, 20 yaşlı hücumçu "Yuventus" və "Milan" klublarının maraq dairəsinə düşüb.

A Seriyası təmsilçilərinin skautları gənc forvardı iş başında görmək üçün martın 28-də Gürcüstan və İspaniya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununu izləyəcəklər.

Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Rubin"in heyətində keçirdiyi 18 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi