Kvaratsxeliya "Yuventus" və "Milan" klublarının maraq dairəsinə düşüb
Futbol
- 11 mart, 2021
- 15:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan millisinin və Rusiya "Rubin"inin futbolçusu Xviça Kvaratsxeliya cari mövsümün sonunda İtaliyaya köçə bilər.
"Report" "Tutto Mercato"ya istinadən xəbər verir ki, 20 yaşlı hücumçu "Yuventus" və "Milan" klublarının maraq dairəsinə düşüb.
A Seriyası təmsilçilərinin skautları gənc forvardı iş başında görmək üçün martın 28-də Gürcüstan və İspaniya yığmaları arasında DÇ-2022-nin seçmə mərhələ oyununu izləyəcəklər.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Rubin"in heyətində keçirdiyi 18 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Son xəbərlər
12:42
Foto
Bakıda Qafqaz Media Forumu keçirilib
Media
12:41
Taleh Kazımov: "AMB-nin prudensial tələbləri beynəlxalq standartlarla müqayisədə yumşaqdır"
Maliyyə
12:41
"AzərEnerji" ixrac gəlirlərini 53 %-dən çox artırıb
Energetika
12:39
İRİA: Startapların əsas problemlərindən biri maliyyəyə əlçatanlığın artırılmasıdır
İKT
12:39
Arzu Nağıyev: Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir
Milli Məclis
12:39
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası azaldılıb
Hadisə
12:37
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
12:34
Əli Hüseynli: Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası daim təkmilləşir
Milli Məclis
12:30
Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb
Maliyyə