Kvaratsxeliya ardıcıl 2-ci dəfə Rusiyada ən yaxşı gənc futbolçu seçildi

Kvaratsxeliya ardıcıl 2-ci dəfə Rusiyada ən yaxşı gənc futbolçu seçildi Hamıdan çox səs (145) toplayan istedadlı oyunçu ən yaxın izləyicisi Arsen Zaxaryanı ("Dinamo" Moskva) 60 səs qabaqlayaraq 1-ci yeri tutub
Futbol
26 May , 2021 16:36
Kvaratsxeliya ardıcıl 2-ci dəfə Rusiyada ən yaxşı gənc futbolçu seçildi
Xviça Kvaratsxeliya

Gürcüstan millisinin və Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya Premyer Liqada 2020/2021 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

"Report" çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ardıcıl ikinci il bu ada layiq görülüb.

Səsvermədə Premyer Liqa klublarının futbolçuları və baş məşqçiləri, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov və "Matç Premyer" telekanalının şərhçiləri iştirak ediblər. Hamıdan çox səs (145) toplayan istedadlı oyunçu ən yaxın izləyicisi Arsen Zaxaryanı ("Dinamo" Moskva) 60 səs qabaqlayaraq 1-ci yeri tutub.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. O, driblinq sayına (159) görə də mövsümün lideri olub.

Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Son xəbərlər

Orphus sistemi