"Kukesi"nin prezidenti "Qarabağ"a məğlubiyyətə görə iki futbolçunu ittiham edib

"Kukesi"nin prezidenti "Qarabağ"a məğlubiyyətə görə iki futbolçunu ittiham edib Bakı. 2 avqust. REPORT.AZ/ “Çox məyusam. Xüsusən də qapıçımız Stivi Fraşeri və müdafiəçi Alba Ala gülünc səhvlərə yol verdilər”.
Futbol
2 Avqust , 2018 12:08
Kukesinin prezidenti Qarabağa məğlubiyyətə görə iki futbolçunu ittiham edib

Bakı. 2 avqust. REPORT.AZ/ “Çox məyusam. Xüsusən də qapıçımız Stivi Fraşeri və müdafiəçi Alba Ala gülünc səhvlərə yol verdilər”.

“Report” “Ponarama Sport”a istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a 0:3 hesablı məğlubiyyətdən sonra “Kukesi”nin prezidenti Safet Citsi söyləyib.

O bildirib ki, “Kukesi” buraxılan ilk qoldan sonra təşvişə düşüb: “Çətin olacağını bilirdik. Lakin bu iki oyunçunun həvəskar səhvlərə yol verməsi bağışlanmazdır. Çünki ilk qol oyunumuzu dağıtdı. Rəqib üstünlüyü ələ aldı və komandamız təşvişə düşdü”.

Qeyd edək ki, səfərdə baş tutan ilk matçda qolsuz heç-heçə edən "Qarabağ", Bakıda rəqibini üstələyib - 3:0. Azərbaycan çempionunun qollarını 24 və 57-ci dəqiqələrdə penaltidə Dani Kintana, 89-cu dəqiqədə isə Con Delarj vurub. Qarşılaşmanın 52-ci dəqiqəsində əllə oyuna görə penaltiyə səbəb olan "Kukesi"nin futbolçusu Alba Ala meydandan qovulub. Lakin İnnosent Emeqara 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi