Kriştianu Ronaldunun oğlu "Mançester Yunayted"lə müqavilə bağlayıb
Futbol
- 11 fevral, 2022
- 05:21
Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldunun klubu İngiltərə "Mançester Yunayted"i onun oğlu kiçik Kriştianu ilə rəsmi müqavilə bağlayıb.
"Report"un məlumatına görə, təqdimat mərasimindən görüntüləri ata Ronaldunun sevgilisi Corcina Rodriges şəxsi instaqram səhifəsində paylaşıb.
Həmin fotoda 11 yaşlı kiçik Kriştianu "qırmızı şeytanlar"ın 7 nömrəli formasını nümayiş etdirib. Kriştianinyo da atasının çıxış etdiyi nömrəni seçib. Daha əvvəl o, "Yuventus"un akademiyasında çıxış edib və ötən ilin yayında İtaliya klubunu tərk edib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"lə 2021-ci ilin yayında ikinci dəfə müqavilə bağlayıb. 37 yaşlı hücumçu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.
Son xəbərlər
17:06
Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
Biznes17:02
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sağlamlıq16:30
Azərbaycan noyabrda asfalt istehsalını 3 dəfə artırıb
Sənaye16:23
Foto
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb
Fərdi16:17
"Araz-Naxçıvan"ın icraçı direktoru: "Elmar Baxşıyevlə ilk görüşdə razılıq əldə olunmuşdu" - MÜSAHİBƏ
Futbol16:09
Litva Ottava Konvensiyasından çıxıb
Digər ölkələr15:45
"Barselona" iki müdafiəçini heyətinə qatmaq istəyir
Futbol15:45
Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək
Digər ölkələr15:39