Bakı. 16 yanvar. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu rekord təkrarlayıb. "Report"un məumatına görə, bu, La Liqada XVIII turun "Sevilya" ilə səfər qarşılaşmasında qeydə alınıb.
1:2 hesablı məğlubiyyətlə üzləşən Madrid təmsilçisinin portuqaliyalı hücumçusu 67-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, 31 yaşlı futbolçu La Liqada penaltidən 56-cı dəfə fərqlənib.
Bunadək vahid rekordçu 1985 - 1992-ci illərdə "Real Madrid"də çıxış etmiş meksikalı Uqo Sançes olub.
Ronaldu bunu 249 oyuna edibsə, Sançes 347 matçda eyni sayda qola imza atıb.