Bakı. 18 fevral. REPORT.AZ/ Portuqaliya milli komandası və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 2016-cı ildə 442 milyon funt-sterlinq qazanıb.
“Report”un “Hookit”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı hücumçu bu vəsaiti “Nike” brendinin reklamından əldə edib.
Ronaldu sosial şəbəkələrdəki rəsmi səhifələrində “Nike”ın adını 1703 dəfə hallandırıb. 2017-ci ildə portuqaliyalı futbolçunun bu xidmətinə görə 800 milyon funt-sterlinq qazanacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Kriştianu Ronaldu 2003-cü ildən “Nike” ilə əməkdaşlıq edir. O, ötən il sözügedən şirkətlə ömürlük müqavilə bağlayıb.