Kriştianu Ronaldu: "Mən qayıtdım"

Kriştianu Ronaldu: "Mən qayıtdım" İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu A Seriyasının VI turunda "Spetsiya" üzərində səfərdə qazandıqları 4:1 hesablı qələbəni şərh edib.
Futbol
2873
1 Noyabr , 2020 21:14
Kriştianu Ronaldu: Mən qayıtdım

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu A Seriyasının VI turunda "Spetsiya" üzərində səfərdə qazandıqları 4:1 hesablı qələbəni şərh edib.

"Report" xəbər verir ki, portuqaliyalı hücumçu sevdiyi futbol oyununa dublla qayıtdığını vurğulayıb. Onun fikrincə, A Seriyası maraqlı çempionatdır: "Milan" işini əla görür. "Latsio" və "Napoli" kimi komandalar da var. Bizə çoxlu işləmək lazımdır, artırırıq".

35 yaşlı forvard karantinə alındığı dövrdə koronavirusa yoluxma simptomlarının olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Spetsiya" ilə matçda meydana 56-cı dəqiqədə girib. Həmin vaxt hesab 1:1 olub. Ronaldu cəmi 3 dəqiqə sonra komandasını önə çıxarıb, 76-cı dəqiqədə isə dəqiq penalti zərbəsi ilə son nöqtəni qoyub.

Son xəbərlər

Orphus sistemi