Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı seçilib

Futbol
  • 23 may, 2018
  • 10:14
Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı seçilib

Bakı. 23 may. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın ESPN kanalı araşdırma aparıb. ABŞ-ın "Klivlend Kavalyers" komandasının basketbolçusu Lebron Ceyms 2-ci, İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi isə 3-cü olub.

Qeyd edək ki, siyahı hazırlanarkən idmançıların gəlirləri, sosial şəbəkədəki abunəçilərinin sayı və "Googla"da axtarış sorğusunun nəticələri təhlil edilib. 

İlk "10-luq"da qərarlaşan idmançılar bunlardır.

1. Kristiano Ronaldo – futbol

2. Lebron Ceyms – basketbol

3. Lionel Messi – futbol

4. Neymar – futbol

5. Roje Federer – tennis

6. Tayqer Vuds – qolf

7. Kevin Dürant – basketbol

8. Rafael Nadal – tennis

9 Stefen Körri - basketbol 

10. Fil Mikelson – qolf.

Son xəbərlər

Bütün Xəbər Lenti