Turin "Yuventus"unun və Portuqaliya yığmasının 35 yaşlı ulduz hücumçusu Kriştianu Ronaldu Milad bayramında Dubaya (BƏƏ-red) yola düşməyə qərar verib.
“Report” xəbər verir ki, bu barədə “Football Italia” bildirib.
Koronavirus pandemiyası fonunda ağır vəziyyətə baxmayaraq, Turin klubunun rəhbərliyi portuqaliyalının İtaliyanın hüdudlarını tərk etməsinə razılıq verib. Ronaldunun ardınca xaricdə belə məzuniyyət keçirmək ideyası “Yuventus”un daha bir neçə oyunçusunda yaranıb.
Qeyd edilir ki, portuqaliyalının bu qərarı İtaliyada bir çox müzakirələrə səbəb olub. Ancaq Kriştianu qayıdışından sonra karantin müddətini keçməli olacaq.
Xatırladaq ki, oktyabrda 35 yaşlı hücumçu koronavirusa yoluxmaya görə 19 gün karantində olub.
Kriştianu Ronaldu cari mövsümdə "Yuventus"un heyətində bütün yarışlarda 14 görüş keçirib və 16 qol vurub, 1 məhsuldar ötürmə edib.