Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb
Futbol
- 30 avqust, 2023
- 07:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu daha bir dünya rekorduna imza atıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna "Əl-Şabab"a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.
Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır. Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.
| Futbolçu | Ölkəsi | Vaxt | Qollar | Fərqləndiyi liqalar | |
| 1 | Kriştianu Ronaldu | Portugal | 2002- | 517 | Portuqaliya 3, İngiltərə 103, İspaniya 311, İtaliya 81, Səudiyyə Ərəbistanı 19 |
| 2 | Yozef Bitsan | Avstriya | 1931-1955 | 515 | Avstriya 71, Çexoslovakiya, Bohemiya və Moraviya protektoratı 444 |
| 3 | Ferents Puşkas | Macarıstan | 1943-1966 | 515 | Macarıstan 359, İspaniya 156 |
| 4 | Lionel Messi | Argentina | 2004- | 496 | İspaniya 474, Fransa 22 |
| 5 | İmre Şlosser | Macarıstan | 1906-1927 | 417 | Macarıstan 411, Avstriya 6 |
| 6 | Gyula Jengeller | Macarıstan | 1935-1952 | 416 | Macarıstan 387, İtaliya 6, Kolumbiya 23 |
| 7 | Cimmi Makqrori | Şotlandiya | 1922-1937 | 409 | Şotlandiya 409 |
| 8 | Gerd Müller | Almaniya | 1964-1981 | 405 | Almaniya 365, ABŞ (NASL) 40 |
Son xəbərlər
05:15
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Digər ölkələr
04:44
Oman körfəzində yük gəmisi ilə hərbi qüvvələr arasında insident baş verib
Digər ölkələr
04:21
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
Digər ölkələr
04:04
"Real Madrid" 2022-ci ildən bəri ilk dəfə qələbə seriyasını 8 oyuna çatdırıb
Futbol
03:38
UFC-nin rəhbəri Ağ Evdə mətbuat katibi olmaq istəməyib
Digər ölkələr
03:08
Yüksək təzyiqə qarşı inqilabi kəşf
Sağlamlıq
02:52
Video
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
02:40
SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb
Region
02:20
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
Futbol