Kriştianu Ronaldu: "Daha 4-5 il oynamağı planlaşdırıram"

Kriştianu Ronaldu: "Daha 4-5 il oynamağı planlaşdırıram" İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu FIFA-nın xüsusi "The Best" mükafatını aldıqdan sonra fikirlərini bölüşüb.
Futbol
483
18 Yanvar , 2022 11:07
Kriştianu Ronaldu: Daha 4-5 il oynamağı planlaşdırıram
Kriştianu Ronaldu

İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu FIFA-nın xüsusi "The Best" mükafatını aldıqdan sonra fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, 37 yaşlı hücumçu milli komandalar səviyyəsində bütün dövrlərin ən yaxşı bombardiri olmasından qürur duyduğunu bildirib.

O, oynamaq və qol vurmaq ehtirasının qaldığını vurğulayıb: "5 yaşımdan futbol oynayıram. Meydana çıxanda hətta məşq vaxtı belə, motivasiyalı oluram. Tezliklə 37 yaşım tamamlanacaq, amma özümü yaxşı hiss edirəm. Səylə işləməyə davam edirəm. Çünki futbolu sevirəm və bu idman növünə ehtirasım keçməyib. Daha 4-5 il oynamağı planlaşdırıram. Öz bədəninizə yaxşı münasibət göstərsəniz, o da lazım olduqda sizə qarşılığını ödəyəcək".

Qeyd edək ki, 2021-ci ildə Kriştianu Ronaldu Portuqaliya millisində qol sayını 115-ə çatdıraraq, İran yığmasının keçmiş forvardı Əli Daeini (109 qol) arxada qoyub.

Son xəbərlər

Orphus sistemi