Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb

Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb
Futbol
21 Oktyabr , 2021 09:18
Kriştianu Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna İtaliya "Atalanta"sına 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.

Qeyd edək ki, hazırda "Mançester Yunayted" 6 xalla F qrupuna başçılıq edir. "Qırmızı şeytanlar" IV turda "Atalanta"nın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi