Kristian Eriksen klubunu dəyişə bilər

Kristian Eriksen klubunu dəyişə bilər İtaliya "İnter"ində çıxış edən Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını Niderlandın "Ayaks" klubunda davam etdirə bilər.
Futbol
10 Avqust , 2021 18:44
Kristian Eriksen klubunu dəyişə bilər
Kristian Eriksen

İtaliya "İnter"ində çıxış edən Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını Niderlandın "Ayaks" klubunda davam etdirə bilər.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin ürəyindəki kardioverter-defibrillyator cihazı çıxarılmasa, keçid baş tutacaq.

Danimarkalı oyunçu qarşıdakı aylarda cihazdan xilas olacağı təqdirdə Milan təmsilçisində qalacaq. Eriksenin ürəyində hansısa cihaz qalsa, o, Amsterdam təmsilçisinə qayıtmağı düşünəcək.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi