​"Krasnodar" klubunun baş məşqçisi mükafata layiq görülüb​

​"Krasnodar" klubunun baş məşqçisi mükafata layiq görülüb​ O, Rusiyanın ən yaxşı baş məşqçisi seçilib
Futbol
2 Dekabr , 2015 10:42
​Krasnodar klubunun baş məşqçisi mükafata layiq görülüb​

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov mükafata layiq görülüb. "Report"un məlumatına görə, 49 yaşlı mütəxəssis qonşu ölkədə 2014/2015 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

Rusiya Futbol İttifaqının təsis etdiyi nominasiyanın qalibini qurumun Peşəkar Futbol Departamentinin rəhbəri Sergey Kulikov təbrik edib. Departament rəhbəri qalibin mükafatını Premyer Liqanın XVII turunda keçirilmiş "Krasnodar" - "Rostov" oyununda təqdim edib.

Qeyd edək ki, "Krasnodar" dekabrın 10-da "Qəbələ"nin qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi