Kosovo millisinin kapitanı: "Buradan müsbət nəticə ilə ayrılmaq istəyirik"

Kosovo millisinin kapitanı: "Buradan müsbət nəticə ilə ayrılmaq istəyirik" Bakı. 6 sentyabr. REPORT.AZ/ Millətlər Liqası başladığı üçün şadıq. Bu anı gözləyirdik.
Futbol
6 Sentyabr , 2018 19:48
Kosovo millisinin kapitanı: Buradan müsbət nəticə ilə ayrılmaq istəyirik

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Millətlər Liqası başladığı üçün şadıq. Bu anı gözləyirdik".

"Report" xəbər verir ki, bunu Kosovo yığmasının kapitanı Samir Uykani Azərbaycan millisi ilə UEFA Millətlər Liqasının ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

30 yaşlı qapıçı Azərbaycan yığmasını qrupun favoritlərindən hesab edib: "Qrupun favoritlərindən birinə qarşı oynayacağıq. Buradan müsbət nəticə ilə ayrılmaq istəyirik".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi