​Kosovo millisi Türkiyə seçməsi ilə eyni qrupda oynayacaq

​Kosovo millisi Türkiyə seçməsi ilə eyni qrupda oynayacaq Mayın 3-də Kosovo Futbol Federasiyası UEFA üzvlüyünə qəbul edilib
Futbol
4 May , 2016 16:00
​Kosovo millisi Türkiyə seçməsi ilə eyni qrupda oynayacaq

Bakı. 4 may. REPORT.AZ/ "Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Kosovo milli komandası Türkiyə seçməsi ilə eyni qrupda oynayacaq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "Fənərbaxça" klubunun keçmiş prezidenti Əli Şən deyib.

Onun sözlərinə görə, bu il mayın 14-də Meksikada keçiriləcək toplantıda Kosovo FİFA-ya üzv qəbul ediləcək: "Kosovo DÇ-2018-in seçmə oyunlarında Türkiyə millisi ilə eyni qrupda oynayacaq".

Qeyd edək ki, DÇ-2018-in Avropa üzrə seçmə turnirində 9 qrupdan 7-də 6 yığma və yalnız son 2 qrupda 5 yığma komanda yer alır. Türkiyə, Ukrayna, Xorvatiya, İslandiya və Finlandiya məhz sonuncu I qrupunda mübarizə aparacaq.

Xatırladaq ki, mayın 3-də Kosovo Futbol Federasiyası UEFA üzvlüyünə qəbul edilib. Kosovonın üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib. 2 bülleten isə etibarsız sayılıb. Bununla da UEFA-ya üzv ölkələrin sayı 55-ə çatıb. 

Son xəbərlər

Orphus sistemi