Kosovo - Azərbaycan oyununun hakimləri açıqlanıb

Kosovo - Azərbaycan oyununun hakimləri açıqlanıb Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo ilə səfər matçı üçün təyinatlar açıqlanıb.
Futbol
17 Noyabr , 2018 16:36
Kosovo - Azərbaycan oyununun hakimləri açıqlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo ilə səfər matçı üçün təyinatlar açıqlanıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi RamuniBertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördünücü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Azərbaycan millisi bu gün V tur çərçivəsində Farer adaları kollektivini qəbul edəcək

Son xəbərlər

Orphus sistemi