Koronavirusa yoluxan əfsanəvi futbolçu reanimasiyadadır

Koronavirusa yoluxan əfsanəvi futbolçu reanimasiyadadır Çexoslovakiya millisi ilə Avropa çempionu olan sabiq futbolçu Antonin Panenkada koronavirus aşkarlanıb.
Futbol
7 Oktyabr , 2020 20:31
Koronavirusa yoluxan əfsanəvi futbolçu reanimasiyadadır
Antonin Panenka

Çexoslovakiya millisi ilə Avropa çempionu olan sabiq futbolçu Antonin Panenkada koronavirus aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin çıxış etdiyi Çexiyanın "Bohemians 1905" klubu məlumat yayıb.

Panenka xəstəxanaya aparılıb. Onun vəziyyəti ağırdır və hazırda Reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Antonin Panenka 1976-cı ildə Avropa çempionu olub. O, 1980-ci ildə qitə turnirində bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi