Koronavirusa yoluxan 23 yaşlı futbolçu komadan ayıldı

Koronavirusa yoluxan 23 yaşlı futbolçu komadan ayıldı Fransanın “Monpelye” klubunun koronavirusa yoluxan futbolçusu Junior Sambiya komadan ayılıb.
Futbol
357
26 Aprel , 2020 04:18
Koronavirusa yoluxan 23 yaşlı futbolçu komadan ayıldı

Fransanın “Monpelye” klubunun koronavirusa yoluxan futbolçusu Junior Sambiya komadan ayılıb.

“Report” xəbər verir ki, bu barədə 23 yaşlı yarımmüdafiəçisinin agenti Frederik Gerra məlumat verib. Onun sözlərinə görə, Sambiya süni ağciyər ventilyasiya aparatından ayrılsa da, hələ uzun müddət müalicə alacaq.

Qeyd edək ki, Junior Sambiya aprelin 20-də koronavirus əlamətləri ilə xəstəxanaya yerləşdirilib və 4 gün sonra reanimasiya şöbəsinə köçürülüb. O, 2017-ci ildən “Monpelye”də çıxış edir. Ümumilikdə Sambiya bu komandada 66 oyuna 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi