Konte - Anyelli insidentinin araşdırılmasına başlanıldı
Futbol
- 11 fevral, 2021
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya Futbol Federasiyasının prokuroru Cuzeppe Kine "İnter"in baş məşqçisi Antonio Konte ilə "Yuventus"un prezidenti Andrea Anyelli arasındakı insidentlə bağlı araşdırmalara başlayıb.
"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, hər iki şəxsin cəzalandırılacağı gözlənilir.
Onlar iki komanda arasında qolsuz heç-heçə ilə başa çatan ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra bir-birilərini təhqir ediblər. Əvvəlcə Anyelli Kontenin ünvanına xoşagəlməz ifadələr işlədib. İtaliyalı mütəxəsiss isə ona ədəbsiz jestlə cavab verib.
Qeyd edək ki, iki oyunun nəticəsinə (2:1) görə "Yuventus" adını finala yazdırıb. "Qoca sinyora" həlledici görüşdə "Atalanta" ilə qarşılaşacaq.
Son xəbərlər
15:22
Burkina-Faso İƏT-in korrupsiya ilə mübarizə orqanlarının görüşünün Bakıda keçirilməsini alqışlayıb
Digər
15:18
Netanyahu bloku parlament seçkilərinin ilkin nəticələrinə görə 54 yer əldə edir
Digər ölkələr
15:17
Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar
Biznes
15:16
İsa Həbibbəyli: Ramiz Mehdiyev AMEA üzvünün Nizamnamə ilə müəyyən olunan tələblərini pozub
Daxili siyasət
15:15
Video
İspaniyada qatarların toqquşması nəticəsində 50 nəfər ölüb, 180-ə yaxın insan yaralanıb - Yenilənib-2
Digər ölkələr
15:13
"Embafinans" BOKT-un istiqrazlarına 151 investor maraq göstərib
Maliyyə
15:02
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
Fərdi
14:57
Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun olması təsdiqlənib
Biznes
14:56
Foto
Bakıda əmək yarımarkası keçirilib, 1000-dən çox vakansiya təqdim olunub
Sosial müdafiə