"Roma" və "Feyenoord" finalda, "Marsel" mübarizəni dayandırıb

"Roma" və "Feyenoord" finalda, "Marsel" mübarizəni dayandırıb Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. "Report"un məlumatına görə, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.
Futbol
347
6 May , 2022 00:55
Roma və Feyenoord finalda, Marsel mübarizəni dayandırıb

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. "Report"un məlumatına görə, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

"Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0

Qol: Temmi Abraham, 11

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Roma, "Olimpiko" stadionu

İlk oyun - 1:1.

23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0

Baş hakim: Sandro Şerer (İsveçrə)

Marsel, "Velodrom" stadionu

İlk oyun - 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Son xəbərlər

Orphus sistemi