Konfrans Liqasında 1/4 finalçılar müəyyənləşir

Konfrans Liqasında 1/4 finalçılar müəyyənləşir Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Futbol
17 Mart , 2022 07:45
Konfrans Liqasında 1/4 finalçılar müəyyənləşir

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, bununla da 1/4 final mərhələsinin iştirakçıları bəlli olacaq.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"inin qonağı olacaq. İlk matçda 2:1 hesablı qələbə qazanan Liqa 1 təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlaycaq.

Turnirin favoritlərindən "Roma" İtaliyada Niderland "Vitess"i, İngiltərə "Lester"i isə Fransada "Renn"lə üz-üzə gələcək.

UEFA Konfrans Liqası, 1/8 final

Cavab oyunları

17 mart

21:45. "Bazel" (İsveçrə) - "Marsel" (Fransa)

İlk oyun - 1:2

21:45. "Renn" (Fransa) - "Lester" (İngiltərə)

İlk oyun - 0:2

21:45. "Kopenhagen" (Danimarka) - PSV (Niderland)

İlk oyun - 4:4

21:45. AZ (Niderland) - "Budyo Qlimt" (Norveç)

İlk oyun - 1:2

00:00. "Gent" (Belçika) - PAOK (Yunanıstan)

İlk oyun - 0:1

00:00. LASK (Avstriya) - "Slaviya" Praqa (Çexiya)

İlk oyun - 1:4

00:00. "Roma" (İtaliya) - "Vitess" (Niderland)

İlk oyun - 1:0

00:00. "Feyenoord" (Niderland) - "Partizan" (Serbiya)

İlk oyun - 5:2

Son xəbərlər

Orphus sistemi