Konfrans Liqası: "Tottenhem"in oyunu ləğv edilib

Konfrans Liqası: "Tottenhem"in oyunu ləğv edilib İngiltərədə "Tottenhem" və Fransanın "Renn" komandaları arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.
Futbol
9 Dekabr , 2021 01:23
Konfrans Liqası: Tottenhemin oyunu ləğv edilib

İngiltərədə "Tottenhem" və Fransanın "Renn" komandaları arasında dekabrın 9-da keçirilməli olan UEFA Konfrans Liqasının qrup oyunu ləğv edilib.

"Report" London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna meydan sahiblərinin heyətində koronavirusa kütləvi yoluxma halı səbəb olub.

Premyer Liqa təmsilçisində 6 nəfərin COVID-19 testi müsbət çıxdığından UEFA matçın oynanılmamasına qərar verib.

Qeyd edək ki, G qrupunda mübarizə aparan "Renn" 5 turdan sonra 11 xalla 1-ci, "Tottenhem" isə 7 xalla 2-cidir. Bu qrupda Niderlandın "Vitess" (7 xal) və Sloveniyanın "Mura" (3 xal) komandaları da yer alıb.

Son xəbərlər

Orphus sistemi