Konfrans Liqası: "Tottenhem"dən heç-heçə, "Kopenhagen" qələbə qazanıb

Konfrans Liqası: "Tottenhem"dən heç-heçə, "Kopenhagen" qələbə qazanıb UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.
Futbol
16 Sentyabr , 2021 22:40
Konfrans Liqası: Tottenhemdən heç-heçə, Kopenhagen qələbə qazanıb

UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, A, B, E, F, G və H qruplarında 9 görüş artıq başa çatıb.

Azərbaycan təmsilçisi "Qarabağ" İsveçrə "Bazel"ini qəbul edib. Matçda hesab açılmayıb. H qrupunun digər matçında da eyni hesab qeydə alınıb. Qazaxıstan "Kayrat"ı evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçəyə razılaşıb.

F qrupunda Danimarka "Kopenhagen"i Slovakiyada "Slovan"a qalib gəlib. G qrupunda isə İngiltərə "Tottenhem"i Fransada "Renn"lə bacarmayıb - 2:2.

A qrupu

20:45. HİK (Finlandiya) - LASK (Avstriya) - 0:2

B qrupu

20:45. "Flora" (Estoniya) - "Gent" (Belçika) - 0:1

E qrupu

20:45. "Slaviya" (Praqa, Çexiya) - "Union Berlin" (Almaniya) - 3:1

F qrupu

20:45. "Linkoln" (Cəbəllütariq) - PAOK (Yunanıstan) - 0:2

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Kopenhagen" (Danimarka) - 1:3

G qrupu

20:45. "Mura" (Sloveniya) - "Vitess" (Niderland) - 0:2

20:45. "Renn" (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2

H qrupu

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Bazel" (İsveçrə) - 0:0

Son xəbərlər

Orphus sistemi