Konfrans Liqası: "Tottenhem"dən darmadağın, "Bazel" qələbə qazanıb

Konfrans Liqası: "Tottenhem"dən darmadağın, "Bazel" qələbə qazanıb UEFA Konfrans Liqasının qrup mərhələsində II turun digər oyunları keçirilib.
Futbol
1 Oktyabr , 2021 00:51
Konfrans Liqası: Tottenhemdən darmadağın, Bazel qələbə qazanıb

UEFA Konfrans Liqasının qrup mərhələsində II turun digər oyunları keçirilib.

"Report"un məlumatına görə, E, F, G və H qruplarındakı matçlardan sonra tura yekun vurulub.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Kiprdə "Omoniya"ya qalib gəlib - 4:1. H qrupunda "Bazel" İsveçrədə Qazaxıstan "Kayrat"ını 4:2 hesabı ilə üstələyib.

Turnirin favoritərindən sayılan "Tottenhem" İngiltərədə Sloveniyanın "Mura" komandasını darmadağın edib - 5:1. G qrupunda Fransa "Renn"i Niderlandda "Vitess"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

UEFA Konfrans Liqası,

Qrup mərhələsi II tur

E qrupu

23:00. "Feyenoord" (Niderland) - "Slaviya" (Praqa, Çexiya) - 2:1

23:00. "Union Berlin" (Almaniya) - "Makkabi" (Hayfa, İsrail) - 3:0

Xal durumu: "Feyenoord" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3, "Makkabi" - 1,

F qrupu

23:00. PAOK (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

23:00. "Kopenhagen" (Danimarka) - "Linkoln" (Cəbəllütariq) - 3:1

Xal durumu: "Kopenhagen" - 6, PAOK - 4, "Slovan" - 1, "Linkoln" - 0.

G qrupu

23:00. "Vitess" (Niderland) - "Renn" (Fransa) - 1:2

23:00. "Tottenhem" (İngiltərə) - "Mura" (Sloveniya) - 5:1

Xal durumu: "Tottenhem" - 4, "Renn" - 4, "Vitess" - 3, "Mura" - 0.

H qrupu

23:00. "Omoniya" (Kipr) - Qarabağ" (AZƏRBAYCAN) - 1:4

23:00. "Bazel" (İsveçrə) - "Kayrat" (Qazaxıstan) - 4:2

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Omoniya" - 1, "Kayrat" - 1.

22:42

UEFA Konfrans Liqasının qrup mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, turnirin favoritlərindən hesab olunan İtaliyanın "Roma" klubu Ukraynada "Zarya"nın qonağı olub.

Qarşılaşma "canavarlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. C qrupundakı "MOİK-Sofiya" (Bolqarıstan) - "Budyo Qlimt" (Norveç) görüşündə isə hesab açılmayıb.

Finlandiyanın HİK komandası Ermənistanda "Alaşkert"i 4:2 hesabı ilə üstələyib. A qrupunun digər oyununda LASK Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə heç-heçə oynayıb - 1:1.

UEFA Konfrans Liqası,

Qrup mərhələsi II tur

A qrupu

20:45. "Alaşkert" (Ermənistan) - HİK (Finlandiya) - 2:4

20:45. LASK (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:1

Xal durumu: "Makkabi" - 4, LASK - 4, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

20:45. "Partizan" (Serbiya) - "Flora" (Estoniya) - 2:0

20:45. "Gent" - "Anortosis" (Kipr) - 2:0

Xal durumu: "Partizan" - 6, "Gent" - 6, "Flora" - 0, "Anortosis" - 0.

C qrupu

20:45. "MOİK-Sofiya" (Bolqarıstan) - "Budyo Qlimt" (Norveç) - 0:0

20:45. "Zarya" (Luqansk, Ukrayna) - "Roma" (İtaliya) - 0:3

Xal durumu: "Roma" - 6, "Budyo Qlimt" - 4, "MOİK-Sofiya" - 1. "Zarya" - 0,

D qrupu

20:45. ÇFR (Kluj, Rumıniya) - "Randers" (Danimarka) - 1:1

20:45. AZ (Niderland) - "Yablonets" (Çexiya) - 1:0

Xal durumu: AZ - 4, "Yablonets" - 3, "Randers" - 2, , ÇFR - 1.

Son xəbərlər

Orphus sistemi