Konfrans Liqası: "Qarabağ" və "Keşlə" mübarizəyə başlayır

Konfrans Liqası: "Qarabağ" və "Keşlə" mübarizəyə başlayır Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Futbol
1278
22 İyul , 2021 07:30
Konfrans Liqası: Qarabağ və Keşlə mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, ötən mövsümün gümüş mükafatçısı "Qarabağ" Bakıda İsrailin "Aşdod" komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Oyun azarkeşlərin iştirakı ilə oynanılacaq. Görüşə 7 mindən çox bilet satılıb. Matça arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılıb.

Ötən mövsüm Azərbaycan Kubokunun qalibi olmuş "Keşlə" isə Rusiyada "Soçi"nin qonağı olacaq. "Fişt" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü albaniyalı hakim Enea Yorci idarə edəcək. Qarşılaşmaya az sayda azarkeş buraxılacaq.

22 iyul
UEFA Konfrans Liqası

20:00. "Qarabağ" - "Aşdod" (İsrail)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. "Soçi" (Rusiya) - "Keşlə"
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunları bir həftə sonra gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi