Konfrans Liqası: "Qarabağ" Kipr klubunu qəbul edir

Konfrans Liqası: "Qarabağ" Kipr klubunu qəbul edir "Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Futbol
12 Avqust , 2021 08:00
Konfrans Liqası: Qarabağ Kipr klubunu qəbul edir

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşacaq. Saat 20:00-da başlayacaq matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edəcək.

"Köhlən atlar"ın heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" - AEL (Kipr)

Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 1:1

Son xəbərlər

Orphus sistemi