UEFA Konfrans Liqasının qrup mərhələsində VI turun statistik göstəriciləri açıqlanıb.
"Report"un məlumatına görə, "Qarabağ"ın üzvü Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir.
25 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Bazel"lə qarşılaşmada 5 cəhdi uğurlu alınıb. Braziliyalı oyunçu Niderlandın "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.
Azərbaycan təmsilçisində Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadır. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.
Qeyd edək ki, "Qarabağ" "Bazel"ə 0:3 hesabı ilə uduzub.