Konfrans Liqası: "Qarabağ"ın futbolçuları ilk "5-liy"ə düşüb

Konfrans Liqası: "Qarabağ"ın futbolçuları ilk "5-liy"ə düşüb UEFA Konfrans Liqasında qrup mərhələsinin VI turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Futbol
10 Dekabr , 2021 11:17
Konfrans Liqası: Qarabağın futbolçuları ilk 5-liyə düşüb

UEFA Konfrans Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, "Qarabağ"ın futbolçuları Maksim Medvedev və Kevin Medina ən çox top qazananların siyahısında yer alıb.

Kapitan Medvedev 51 dəfə top almağa müvəffəq olub və bu göstəricidə ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 44 dəfə top "oğurlayan" Medina isə Qazaxıstan "Kayrat"ındakı Frank Banyakla birgə 5-6-cı yerləri bölüşdürür.

Çexiya "Yablonets"indən Yaroslav Zeleni (61) bu nominasiyada ilk sıradadır.

Qeyd edək ki, "Qarabağ" son turda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi