Konfrans Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Konfrans Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb UEFA Konfrans Liqasındakı komandaların son 5 oyunda ən yaxşı nəticə göstərənlərin siyahısını açıqlayıb.
Futbol
2925
8 Dekabr , 2021 13:19
Konfrans Liqası: Qarabağ ilk 10-luqda yer alıb

UEFA Konfrans Liqasındakı komandalardan son 5 oyunda ən yaxşı nəticəni göstərənlərin siyahısını açıqlayıb.

"Report" yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, siyahı klubların yerli çempionatdakı və Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.

"10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sırada göstərilib.

Qeyd edək ki, "köhlən atlar" dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur matçında İsveçrədə "Bazel"in qonağı olacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi