Konfrans Liqası: Potensial rəqiblərin görüşlərində meydan sahibləri sevindi

Konfrans Liqası: Potensial rəqiblərin görüşlərində meydan sahibləri sevindi UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbol
23 İyul , 2021 00:53
Konfrans Liqası: Potensial rəqiblərin görüşlərində meydan sahibləri sevindi

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, qarşılaşmalardan 3-ü Azərbaycan klublarının potensial rəqiblərinin iştirakı ilə keçirilib.

"Hammarbü" İsveçdə Sloveniya "Maribor"unu 3:1 hesabı ilə yenib. Qalib komandadan hər üç qolu 55, 64 və penalti ilə 87-ci dəqiqədə Astrit Selmani vurub. Qonaq komandadan isə 60-cı dəqiqədə Nino Judel fərqlənib.

Bu cütün qalibi növbəti mərhələdə “Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) görüşündən üstün ayrılan tərəflə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi səfər oyununda heç-heçə edib - 0:0.

AEL Kiprdə Albaniya "Vlajniya"sını minimal hesabla yenib - 1:0. Yeganə qolu 45+2-ci dəqiqədə Stefan Skepoviç vurub. Cütün qalibi III təsnifat mərhələsində "Qarabağ"a rəqib ola bilər. Bunun üçün Ağdam komandası evdə qolsuz heç-heçə etdiyi "Aşdod"u İsraildə yenməlidir.

Nəhayət, "Partizan" Serbiyada Slovakiyanın "Dunayska Streda" klubunu eyni hesabla məğlubiyyətə uğradıb. Qolun müəllifi isə 19-cu dəqiqədə Lazar Markoviç olub. "Soçi"yə Rusiyada 0:3 hesabı ilə uduzmuş "Keşlə" cavab görüşündə möcüzə edə bilsə, məhz bu cütün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin təkrar oyunları iyulun 27-də və 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi