Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli olub - YENİLƏNİB

Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli olub - YENİLƏNİB UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Futbol
2 Avqust , 2021 16:12
Konfrans Liqası: Neftçi və Qarabağın potensial rəqibləri bəlli olub - YENİLƏNİB

Azərbaycanın avrokuboklardakı digər təmsilçisi "Qarabağ"ın da UEFA Konfrans Liqasının pley-off mərahələsindəki potensial rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi III raundda Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk görüşünü Bakıda oynayacaq.

16:07

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.

"Report"un məlumatına görə, Azərbaycanın avrokuboklardakı təmsilçisi "Neftçi"nin də potensial rəqibi bilinib.

"Ağ-qaralar" Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi