Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli olub
Futbol
- 02 avqust, 2022
- 12:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
"Report" xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.
"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.
Konfrans Liqası: "Neftçi"nin pley-offdakı potensial rəqibləri bəlli olub
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr