Konfrans Liqası: Kadi Borgesin qolu qrup mərhələsinin ən yaxşısı seçilib

Konfrans Liqası: Kadi Borgesin qolu qrup mərhələsinin ən yaxşısı seçilib UEFA Konfrans Liqasında qrup mərhələsində ən yaxşı qolu müəyyənləşib.
Futbol
17 Dekabr , 2021 20:48
Konfrans Liqası: Kadi Borgesin qolu qrup mərhələsinin ən yaxşısı seçilib

UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

"Report"un məlumatına görə, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri II tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.

Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.

Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.

Son xəbərlər

Orphus sistemi