Bakı. 22 iyun. REPORT.AZ/ Futbol üzrə Konfederasiyalar Kubokunun "B" qrupunun "Sankt-Peterburq" stadionunda keçirilən II tur oyununda Kamerun və Avstraliya yığmaları 1:1 hesablı heç-heçə edib.
"Report" xəbər verir ki, Kamerun komandası birinci hissənin sonunda hesabda irəli çıxıb. Andre-Frank Anqissa dəqiq zərbə ilə fərqlənib.
Avstraliyalılar hesabı 60-cı dəqiqədə Mark Milligenin penaltidən vurduğu qolla bərabərləşdirə biliblər.
Qrup mərhələsinin iyunun 25-də Soçidə keçiriləcək son tur oyununda Kamerun Almaniya, Avstraliya isə Moskvada Çili ilə qarşılaşacaq.
"B" qrupunda turnir vəziyyəti: 1. Çili — 3 xal (1 oyun); 2. Almaniya — 3 (1); 3. Avstraliya — 1 (2); 4. Kamerun — 1 (2).
Konfederasiyalar Kuboku. "B" qrupu. 2-ci tur
Kamerun – Avstraliya - 1:1
1:0 – Anqissa – 45+1, 1:1 – Milliqen – 60 (pen)